“Şuşa hər zaman Azərbaycan üçün Zəfər rəmzi olacaq” - Hulusi Kılıç

“Şuşa hər zaman Azərbaycan üçün Zəfər rəmzi olacaq” - Hulusi Kılıç

Hazırda oxunan: “Şuşa hər zaman Azərbaycan üçün Zəfər rəmzi olacaq” - Hulusi Kılıç

53472

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qərarı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsini böyük sevinclə qarşıladım. Təsadüfi deyil ki, Ermənistanın əsasız iddiaları ilə başlanan keçmiş münaqişənin həlli məhz Şuşanın fəthi ilə başa çatıb. Bu tarixi Zəfər özündə bir sıra mənəvi məqamları cəmləşdirir. Prezident İlham Əliyevin “Şuşa ili” ilə bağlı qərarı bir daha göstərdi ki, Qafqazın incisi hesab olunan bu qədim Şuşa hər zaman Azərbaycan üçün birlik və Zəfər rəmzi olacaq.

Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi təntənə ilə qeyd olunacaq:

“Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıdakı illərdə də sürətlə inkişaf edəcək, böyük uğurlara imza atacaq. Müzəffər Ali Baş Komandanın sülh və inkişaf çağırışı bütün bölgə xalqlarının firavan həyatı üçün əhəmiyyətlidir.
Ümid edirik ki, bütün tərəflər 2022-ci ildə bu çağırışı layiqincə dəyərləndirərək qarşılıqlı əməkdaşlıq yolu tutacaqlar. Azərbaycan-Türkiyə qardaşlığı yalnız dövlətlərimizə və xalqlarımıza deyil, regiondakı bütün tərəflərə firavan həyat vəd edir” (Azərtac).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO