Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən "3+3" məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskvada keçirilən görüşünə dair fikirlərini bölüşüblər.
Tərəflər, həmçinin ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Telefon danışığı zamanı nazirlər yeni il münasibətilə təbriklərini bölüşüblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:51 / 30.12.2021
Ceyhun Bayramov Lavrovla son vəziyyəti müzakirə etdi - Qarabağda nə baş verir?
Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla son vəziyyəti müzakirə etdi - Qarabağda nə baş verir?
Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla son vəziyyəti müzakirə etdi - Qarabağda nə baş verir?
53264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.