Putin İlham Əliyevi Yeni il münasibətilə təbrik etdi

Putin İlham Əliyevi Yeni il münasibətilə təbrik etdi

Hazırda oxunan: Putin İlham Əliyevi Yeni il münasibətilə təbrik etdi

53220

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə Yeni il münasibətilə təbrik ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Təbrikdə qeyd olunub ki, iki dövlətin başçılarının başa çatmaqda olan ildə Moskva və Soçidə görüşləri Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmliyini tam təsdiqləyib.

V.Putin Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi üçün konstruktiv dialoq və sıx birgə fəaliyyətin davam etdirilməsinə ümidvar olduğunu ifadə edib.

Vurğulanıb ki, bu, iki dövlətin xalqlarının əsas maraqlarına cavab verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO