Dekabrın 28-də Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-formal sammiti keçirilib. Lakin sammitin açıq hissəsində koronavirus müzakirələrindən başqa danışıq tematikasının hamısı açıqlanmayıb. Halbuki, sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitətərəfli görüşün də keçirilməsi nəzərdə tutulurdu.
Sammitin qapalı hissəsində mümkün müzakirə predmetlərinə sabiq dövlət müşaviri Qabil Hüseynli ilə aydınlıq gətirməyə çalışdıq.
Professor çıxışının əvvəlində qeyd edib ki, MDB Dövlət Başçılarının toplantıları uzun zamandır ki, qrafikə uyğun aparılmır.
Bizim.Media ilə özəl dialoq zamanı politoloq bildirib ki, ilin sonunda MDB liderlərin təcili toplanması daha çox Rusiyanın təşəbbüsü ilə ola bilər:
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin də iştirak etdiyi MDB liderlərinin iclası başladı – VİDEO
“Rusiya ciddi tərəfdarlarının, bölgənin super gücü olduğunu hər vəchlə göstərməyə çalışır. Üstəlik, Qərblə münasibətlərin getdikcə gərginləşməsi MDB Dövlət Başçılarını bir araya toplamağa vadar edib. Sammit elə də ciddi qərarlar qəbul edəsi deyil. Onsuz da, çox vaxt MDB-nin qərarları kağız üzərində qalır”.
Sammitin Azərbaycana aid hissəsi, Ermənistanla təmaslar barədə nə deyə bilərsiniz?
“Bizim üçün ən əhəmiyyətlisi orada Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşüdür. Bu görüşdə bölgədə sülhyaratma prosesinə təkan verəcək məsələlər gündəmə gətirilib. Hər iki tərəfdən də geniş tərkibli nümayəndə heyətləri Rusiyaya gedib. Görüşlərdə indiyənə qədər danışılan mövzuların praktiki müstəviyə keçməsi ilə bağlı müəyyən qərarlar verilib. Güman edirəm ki, prinsipial məsələlərdə bir sıra qərarların reallaşdırılmasında razılığa gəlinib”.
Bizim.Media