Sabiq təhsil naziri, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanov yeni yazdığı "Zəfərə aparan yol" adlı kitabında Prezident İlham Əliyevin məktəb illərindən bəhs edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Qafqazinfo”ya verdiyi müsahibədə danışıb.
Sabiq nazir kitabda Prezidentin məktəb illəri barədə indiyədək açıqlanmayan məsələlərə toxunduğunu dilə gətirib.
“Məsələn, bəlkə də çox adam bilmir ki, İlham Əliyev orta məktəbə 5 yaşından gedib. Onu məktəbə götürmək istəməyiblər, çünki o zaman 6-7 yaşından məktəbə gedirdilər. Onda deyiblər ki, hazırlığa getsin, sonra davam edər. Müəllimləri xatirələrində yazıblar ki, bu uşaq tez bir zamanda özündən yaşca böyük olan uşaqları keçdi və oxumağa davam etdi. Moskvada universitetdə oxuduğu vaxtlarda tələbə yoldaşları ilə və orta məktəbdə sinif yoldaşları ilə birgə çəkdirdiyi şəkillər kitabda əks olunub. Elə şəkillər var ki, ilk dəfədir bu kitabda yer alır”, - deyə Misir Mərdanov bildirib.
Bizim.Media