Paşinyan: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” – İRƏVANDAN SENSASİON AÇIQLAMA

Paşinyan: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” – İRƏVANDAN SENSASİON AÇIQLAMA

Hazırda oxunan: Paşinyan: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” – İRƏVANDAN SENSASİON AÇIQLAMA

52379

“Qarabağ məsələsinin həlli ilə bağlı danışıqlar prosesinin bütün təbəqələrini ictimaiyyətə təqdim etmək vacib və eyni zamanda kifayət qədər çətindir. Bütün danışıqlar prosesi ərzində Dağlıq Qarabağda yaşayan azərbaycanlıların hüquqları məsələsi heç vaxt mübahisə yaratmayıb”.

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 24-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt danışıqlar prosesində təkcə “erməni əhalisi”  kimi nəzərə alınmayıb.

“Danışıqlarda DQMV-də azərbaycanlıların yaşadığı və onların hüquqlarının müdafiəsinin danışıqlar mövzusu olduğu qeyd edilib. Mən dəfələrlə qeyd etmişəm ki, referendum yolu ilə Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsinə gəlincə, bu, Dağlıq Qarabağın bütün əhalisi haqqında deyilib. Bu, təkcə erməni deyil, həm də azərbaycanlı əhali deməkdir”, - Paşinyan izah edib.

O, qeyd edib ki, 2016-cı ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfinə çatdırıblar ki, bu təkliflərdə 2011-ci ildən bəri ilk dəfə olaraq Dağlıq Qarabağa aralıq statusun verilməsi maddəsi yoxdur, ancaq bu, erməni tərəfi tərəfindən fəal şəkildə təbliğ  və reklam edilir:

“Lakin nədənsə heç kim demir ki, aralıq statusunun dəqiqləşdirilməsi məsələsi ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində BMT Təhlükəsizlik Şurasına verilib. Əgər orada qəbul edilmiş qətnamələri nəzərə alsaq, Dağlıq Qarabağın hansı dövlətin tərkibində qalacağı bəlli olacaq”.

Baş nazir diqqətə çatdırıb ki, hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurası “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” formulunu qəbul edib.

Paşinyan xatırladıb ki, 2017-ci ildə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan danışıqlar prosesinin dayandığını bəyan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO