İlham Əliyev:

İlham Əliyev: "Hamı bilir ki, mən ad günlərimi qeyd etmirəm"

Hazırda oxunan: İlham Əliyev: "Hamı bilir ki, mən ad günlərimi qeyd etmirəm"

52349

Mən 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var.

Bizim.Media xəbər verir ki, bunu Şuşaya səfəri zamanı Cıdır düzündəki çıxışında Prezident İlham Əliyev deyib.

Dövlət başçısı vurğulayıb ki, İkinci Qarabağ müharibəsində əldə edilmiş zəfərdən sonra Azərbaycanın nüfuzu, təsir dairəsi daha da genişlənib:

"Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz sadəcə olaraq seyrçi deyildik. Biz bu prosesləri böyük dərəcədə idarə edirdik. Biz bölgə gündəliyini formalaşdırırdıq. İkinci Qarabağ müharibəsində əldə edilmiş zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi", -deyə İlham Əliyevə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO