İsrailin Akko şəhərindən Prezidentə TƏBRİK: “Biz yəhudilər sizinlə fəxr edirik”

İsrailin Akko şəhərindən Prezidentə TƏBRİK: “Biz yəhudilər sizinlə fəxr edirik”

Hazırda oxunan: İsrailin Akko şəhərindən Prezidentə TƏBRİK: “Biz yəhudilər sizinlə fəxr edirik”

52288

"İsraildə Azərbaycan Evi – Gələcəyə ümid"  təşkilatinin İcraçı Direktoru, Bakı Beynəlxalq Multikulturalizm Məkəzinin İsrail Dövlətindəki nümundəliyinin İcraçı Direktoru, İsraildə beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut və "İsraildə Azərbaycan Evi – Gələcəyə ümid"  təşkilatinin Müdürü, Akko şəhərinin Azərbaycan kökənli Dağ Yahudilərinin Sədri Nexamiya Şirin Mixaeli Prezident İlham Əliyevin doğum günü münasibətilə təbrik yazıb.

Bizim.Media xəbər verir ki, təbrikin əvvəlində deyilir:

“Doğum gününüz münasibəti ilə “İsraildə Azərbaycan Evi” diaspora təşkilatının rəhbərliyi – Koordinasiya Şurası adından Sizi səmimi qəlbdən ürəkdən təbrik edirik. Sizin məqsədyönlü, ardıcıl və yorulmaz fəaliyyətiniz sayəsində rəhbərliyinizlə Vətən müharibəsində qazanılan şanlı Zəfər qardaş Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olundu”. 

Arye Qut fikrinin davamında bildirib ki, 44 günlük savaşda qələbə bütün dünyaya göstərdi ki, əldə olunan zəfər igid Azərbaycan əsgərinin və zabitinin, bütün Azərbaycan xalqının hərbi, siyasi, mənəvi və texnoloji qələbəsi, şəxsən Azərbaycan Prezidentinin qələbəsidir:

“Biz “İsraildə Azerbaycan Evi” diaspora təşkilatı olaraq hər zaman Sizin informasiya müharibəsində və diaspora fəaliyyətində öz dəstəyimizi və tovhəmizi verməyə hazırıq. Azərbaycan Respublikası beynəlxalq miqyasda bütün sahələrdə əhəmiyyətli uğurlar əldə edib. Xüsusilə Sizin qazandığı uğurlar gələcək nailiyyətlərin möhkəm təməlini qurmaqda və bütün Türk dünyasında böyük fərəh hissi ilə qarşılanmaqdadır. 

Ümud edirik ki, İsrail və Azərbaycan arasında olan strateji münasibətlərin inkişafına göstərdiyiniz xüsusi diqqət xalqlarımız arasında mövcud olan tarixi əlaqələrin daha da möhkəmlənməsinə önəmli töhfə verməkdə davam edəcəyik. Biz, əslən Azərbaycandan olan israillilər çox fəxr edirik ki, Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsi kimi qalır. Azərbaycanın öz multikulturalizm modeli var.

Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək “İsraildə Azərbaycan Evinin” fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin təşəkkürümüzü bildiririk.
Eyni zamanda qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizə və ailənizə xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirik.

Dərin hörmət və ehtiramla, 

“İsraildə Azərbaycan Evinin” Koordinasiya Şurası, 

"İsraildə Azərbaycan Evi – Gələcəyə ümid"  təşkilatinin Müdiri, Akko şəhərinin Azərbaycan kökənli Dağ Yahudilərinin Sədri Nexamiya Şirin Mixaeli,

"İsraildə Azərbaycan Evi – Gələcəyə ümid"  təşkilatinin İcraçı Direktoru, Bakı Beynəlxalq Multikulturalizm Məkəzinin İsrail Dövlətindəki nümundəliyinin İcraçı Direktoru, İsraildə beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO