“İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür” – Elman Nəsirov

“İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür” – Elman Nəsirov

Hazırda oxunan: “İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür” – Elman Nəsirov

52282

“Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanı­ram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 18 il ərzində özünün milli dövlət qurucu­luğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır”.

Bizim.Media xəbər verir ki, bu sözlərin müəllifi millət vəkili Elman Nəsirovdur.

Yazısının davamında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru bildirib ki, Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoyub. 

Siyasi elmlər doktoru ölkə başçısının missiyasından da bəhs edib:

“Bu missi­yanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezi­denti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı”.

Professor vurğulayıb ki, İlham Əliyev iqtisadiyyatın daha da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini Azərbaycanın qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirib.

Deputat sözlərini statistika və faktlarla zənginləşdirib. Bununla yanaşı, Prezident İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir:

“Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcısı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqur­larla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur.

Həmin “siyasi şahmat lövhəsində” siyasət qrossmeysterinin – Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür.

Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üs­lubu, auditoriya ilə işləmək və onu ələ al­maq qabiliyyəti, səs diapazonundan düz­gün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə müyəssər ola bilir”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO