Bakı ilə Təl-Əvivi nə bağlayır? – “Heç bir islam ölkəsində Azərbaycandakı qədər yəhudi icması yoxdur” - Arye Qut 

Bakı ilə Təl-Əvivi nə bağlayır? – “Heç bir islam ölkəsində Azərbaycandakı qədər yəhudi icması yoxdur” - Arye Qut 

Hazırda oxunan: Bakı ilə Təl-Əvivi nə bağlayır? – “Heç bir islam ölkəsində Azərbaycandakı qədər yəhudi icması yoxdur” - Arye Qut 

51678

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qut rəsmi Bakı ilə Təl-Əviv arasında strateji münasibətlərin uğurlu inkişafını qeyd edərək deyib:  

“Avrasiyada heç bir ölkə İsraillə Azərbaycan qədər möhkəm, səmimi, strateji və dostluq münasibətlərinə malik deyil. Azərbaycan İsraillə sıx, hərtərəfli və yaxın qardaşlıq münasibətlərini dəstəkləyir”.

Bizim.Media xəbər verir ki, Arye Qutun fikrincə, Ermənistan o faktla razılaşa bilmir ki, Azərbaycan regional mərkəz, İsrailin Cənubi Qafqazda mühüm strateji tərəfdaşıdır və bu tərəfdaşlıqdan keçmiş sovet blokunun heç bir digər ölkəsinin malik olmadığı hərtərəfli üstünlük əldə edir. 
 

MÖVZU İLƏ BAĞLI:

İsrailli ekspert: “Ermənilər Qarabağı talan edəndə “ədalətli” İran harada idi?” - VİDEO


Bunun isə səbəbi var:

"Bir çox xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyib və onlara cəmiyyətin ayrılmaz hissəsi kimi yanaşıblar. Milli azlıqlara hörmət və dözümlülük Böyük İpək Yolu dövründən indiyədək ölkənin inkişafında həyati əhəmiyyətli rol oynayıb”.

Ekspertin sözlərinə görə, İkinci Qarabağ müharibəsi dövründə və müharibəyə qədər olan dövrdə, həmçinin müharibədən sonra İsrailin Azərbaycana verdiyi yardım və dəstək bir daha göstərdi ki, Azərbaycanla İsrail arasında sıx hərbi-texniki və strateji tərəfdaşlıq mövcuddur.

Arye Qut bu ilin noyabrında İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliyinin rəsmən fəaliyyətə başladığını deyərək Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovdan da sitat gətirib:

“Biz strateji münasibətlərimizdə yeni mərhələyə çıxmışıq".

İsrailli ekspert Arye Qutun fikrincə, Azərbaycan tolerantlığının və multikulturalizminin ən parlaq nümunəsi ölkənin yəhudi icmasına olan səmimi və qardaşlıq münasibətidir.

Arye Qutun anonsun verdiyi digər xəbər isə tezliklə Qubada dünyada birinci Dağ Yəhudiləri Muzeyinin rəsmi şəkildə açılacağıdır:

"Yaradılmasının təşəbbüskarları rusiyalı xeyriyyəçilər, vaxtilə Qırmızı Qəsəbədə yaşayan German Zaxaryayev, Qod Nisanov və Zarax İliyev olan nadir sərgi məkanı Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbənin Karçoq sinaqoqunun binasında yerləşəcək. Beləliklə, qədim Qırmızı Qəsəbə - Azərbaycanın əsl fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu sevgi və harmoniyada yaşayır, özlərini həqiqətən doğma qardaş hesab edirlər".

Arye Qut müsahibəsini belə tamamlayıb:

“Azərbaycan 25 min yəhudinin yaşadığı, İslam dünyasında ən böyük yəhudi icmasına malik ölkədir. Biz unutmuruq ki, İkinci Dünya müharibəsi dövründə Azərbaycan faşizmdən xilas olan 50 min Avropa yəhudisi üçün əsl sığınacağa, daha sonra isə Vətənə çevrilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO