Azərbaycan, Gürcüstan və Türkiyə arasında Gömrüklə bağlı Üçtərəfli Komitə yaradılır

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Gömrüklə bağlı Üçtərəfli Komitə yaradılır

Hazırda oxunan: Azərbaycan, Gürcüstan və Türkiyə arasında Gömrüklə bağlı Üçtərəfli Komitə yaradılır

51559

2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənəddə qeyd olunub ki, bu fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan və Türkiyə tərəflərinə bildiriş göndərməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO