Milli Məclisin iclası başladı – 34 məsələ müzakirə olunur

Milli Məclisin iclası başladı – 34 məsələ müzakirə olunur

Hazırda oxunan: Milli Məclisin iclası başladı – 34 məsələ müzakirə olunur

51497

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Bizim.Media-nın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 34 məsələ daxildir.

Bunlara “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Turizm haqqında” qanun layihəsi (ikinci oxunuş), “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və digər məsələlər daxildir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO