Azərbaycanın irəli sürdüyü qətnamə BMT Baş Assambleyasında QƏBUL EDİLDİ

Azərbaycanın irəli sürdüyü qətnamə BMT Baş Assambleyasında QƏBUL EDİLDİ

Hazırda oxunan: Azərbaycanın irəli sürdüyü qətnamə BMT Baş Assambleyasında QƏBUL EDİLDİ

51102

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir.

Bizim.Media-nın məlumatına görə, 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha “peyvənd millətçiliyi”ni, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı qeyri-bərabərliyi tənqid etmiş və bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunması ilə bağlı Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasında qətnamənin irəli sürüləcəyini elan edib.

Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə 2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:

BMT məhkəməsindən Ermənistanla bağlı təcili tədbirlər görməyə dair GÖSTƏRİŞ


Bu qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət bir daha Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini dəstəklədiyini nümayiş etdirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO