Türkiyə XİN rəsmisi: “İranın ittihamları qəbuledilməzdir”

Türkiyə XİN rəsmisi: “İranın ittihamları qəbuledilməzdir”

Hazırda oxunan: Türkiyə XİN rəsmisi: “İranın ittihamları qəbuledilməzdir”

5106

Türkiyə hər kəs İrana arxa çevirəndə, ən çətin dövrlərində bu ölkənin yanında oldu. Bu cür dəstəyin unudulması fonunda ağır ifadələr bizdə məyusluq hissi yaradıb. Hesab edirəm ki, bu ittihamlar qəbuledilməzdir.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

Onun sözlərinə görə, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı bağ tutub.

"Hörmətli nazirimiz şeirin Qarabağla əlaqəli olduğunu, İranın işarə edilmədiyi bir mövzu bəhanə edilərək və bu barədə başqa kanallar olduğu halda İran tərəfindən prezidentimizi hədəf alan əsassız və ağır açıqlamaların verilməsi qəbuledilməz olduğunu ifadə edib.

Türkiyə hər kəs İrana arxa çevirəndə, ən çətin dövrlərində bu ölkənin yanında olub. Hazırda isə bu dəstəyin unudulduğunu görürük”. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO