Brüssel razılaşmaları Rusiyanın siyasətini dəyişdirəcəkmi? – Millət vəkilindən CAVAB

Brüssel razılaşmaları Rusiyanın siyasətini dəyişdirəcəkmi? – Millət vəkilindən CAVAB

Hazırda oxunan: Brüssel razılaşmaları Rusiyanın siyasətini dəyişdirəcəkmi? – Millət vəkilindən CAVAB

50841

Dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Brüsselə səfər edib. Bu səfər sırasında İlham Əliyev Aİ Prezidenti Şarl Mişellə üçtərəfli şəkildə, daha sonra isə, Ermənistan baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirib.

Qeyd edək ki, bu post-konflikt dönəmində ikitərəfli formatda keçilirən ilk görüş idi.

Səfər zamanı münaqişədən sonrakı dövrlə bağlı geniş müzakirələr aparılıb və həllini gözləyən iki mühüm məsələ ilə bağlı razılaşma əldə olunub:

1. Ermənistanla Azərbaycan arasında sərhəddin delimitasiyası üçün ekspert qrupunun yaradılması ilə bağlı razılaşma əldə olundu;

2. Azərbaycanla Naxçıvanı birləşdirəcək kommunikasiya dəhlizlərinin açılması Ermənistanın öhdəliyi kimi bir daha təsdiqləndi.

Brüssel görüşündə əldə olunan razılaşmalarla bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Elman Nəsirov Belçikada elan olunan nüasnlaırn daha əvvəl Soçi görüşündə razılaşdırıldığına diqqət çəkib:
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşündə Rusiyanı narahat edən MƏQAMLAR - ŞƏRH


“Bütün bu nüansları nəzərə alaraq qeyd edə bilərik ki, Brüssel görüşü, 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarına sadiqliyi nümayiş etdirir. Eyni zamanda, görüşü həllini gözləyən məsələlərin praktiki çözümünə yönələn mühüm addım kimi qiymətləndirə bilərik”.

- Daha əvvəl qeyd olunan məsələlərlə bağlı Rusiyanın vasitəçiliyi ilə razılaşmalar əldə olunub. İndiki situasiyada Avropa İttifaqının oxşar müzakirələrdə vasitəçiliyi Kremlin regional siyasətində hər hansı dəyişikliklərə səbəb ola bilərmi?

“Rusiyanın özü delimitasiya və demarkasiya proseslərinin başa çatmasında, eyni zamanda kommunikasiyaların bərpasında və Zəngəzur dəhlizinin işə düşməsində maraqlıdır. Çünki indiki halda, Rusiya-Ermənistan əlaqələri Gürcüstan vasitəsi ilə baş tutur. Rusiya-Gürcüstan münasibətlərinin nə qədər gərgin olması da heç kimə sirr deyil. Belə olan halda, Kreml fəaliyyət azadlığı əldə etmiş olur və Moskvanın Tiflisdən sözügedən məsələdə asılılığına son qoyulur”.

Elman Nəsirov Brüssel görüşündə əldə olunmuş razılaşmaların Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanatlarla uyğunluq təşkil etdiyini qeyd edib:

“Hesab edirəm ki, Brüssel görüşündə tərəflərin açıq şəkildə müzakirələr aparması üçün əlverişli şərait yaradıldı. İki dövlətin rəhbəri, həllini gözləyən məsələlərə bağlı ətraflı və dərin təhlil aparmaq, eyni zamanda müəyyən məsələlərdə razılığa gəlmək üçün önəmli imkan əldə etdilər.

Düşünürəm ki, Brüssel görüşü daha əvvəl Rusiyanın vasitəçiliyi ilə imzalanmış bəyanatların möhkəmləndirilməsinə, götürülən öhdəliklərin yerinə yetirilməsinin təmin olunmasına xidmət edən bir görüş idi. Bu baxımdan Brüssel müzakirələri irəliyə atılmış bir addım kimi qiymətləndirilə bilər”. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO