“Qanuna əsasən, maraqların toqquşması halında deputatlar özünün yox, dövlətin maraqlarına uyğun çıxış etməlidir. Təəssüf ki, biz bunun əksini də gördük”
Bizim.Media xəbər verir ki, bu fikirləri eks-deputat Çingiz Qənizadə qatıldığı canlı yayımlardan birində deyib.
MÖVZU İLƏ BAĞLI:
Çingiz Qənizadə yenidən deputat olmaq istəyir? - AÇIQLAMA
Belə ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin gömrük limitlərinin azaldılmasına etiraz edən deputatları “öz maraqlarına uyğun hərəkət edən”, “fırıldaqçı” kimi təqdim etməsi ilə bağlı münasibət bildirən Çingiz Qənizadə məsələ ilə bağlı bu fikirləri səsləndirib:
“Bəzən Səfər müəllimin üzərinə yerli-yersiz çox gedirlər. Səfər Mehdiyev çıxışlarından birində bu deputatların 100-200, bəzən də 1000-2000 nəfərlik şəbəkə yaratdıqlarını qeyd edib. Həmin şəxslərin şəxsiyyət vəsiqələri onlardadır.
Ölkəyə elektronika malları da həmin şəxslərin adı ilə gətirilirdi. Bəzi işbazlar böyük şəbəkə yaradaraq vətəndaşların ölkəyə rüsum ödəmədən telefon gətirmək hüququnu əllərindən alıblar”.
Videonu diqqətinizə təqdim edirik:
Murad Əhmədov, Bizim.Media