“Qarabağa daha böyük vəsait ayıracağıq

“Qarabağa daha böyük vəsait ayıracağıq" – BMT mütəxəssisi - ÖZƏL VİDEO MÜSAHİBƏ

Hazırda oxunan: “Qarabağa daha böyük vəsait ayıracağıq" – BMT mütəxəssisi - ÖZƏL VİDEO MÜSAHİBƏ

50805

FAO olaraq Azərbaycanın işğaldan azad edilən ərazilərində məhv edilmiş meşə və ağaclardan xəbərdarıq. İlk növbədə həmin ərazidə müvafiq ilkin qiymətləndirmə aparılmalıdır ki, dəyən zərər müəyyənləşdirilsin. Məhz həmin qiymətləndirmənin əsasında FAO olaraq lazımi işləri görməyə və dəstəyimizi göstərməyə hazırıq”. 

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional ofisinin meşə mütəxəssisi Peter Peçaçek Qarabağ ərazilərində işğal zamanı məhv edilmiş meşə və ağaclarla bağlı Azərbaycan tərəfinin qaldırdığı məsələyə münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

BMT Zəngilanın Bəsitçay qoruğuna dəstək verəcək


Onun sözlərinə görə BMT-nin əlaqədar qurumu işğaldan azad olunmuş ərazilərdə meşə zolaqlarının bərpası ilə bağlı hökumətlə sıx müzakirələr aparır:

“Təbii ki, söhbət gələcək fəaliyyətlərlə də bağlıdır. Meşə ərazilərində bərpa işlərinin görülməsi üçün dəyən zərərin qiymətləndirilməsi mütləq tamamlanmalıdır. Mənzərənin şahidi olduqdan sonra növbəti ikinci addım inşaat fəaliyyətləri olacaq. Amma onun üçün də hökumətlə fəal icraat fazasına daxil olmalıyıq. Azərbaycan hökumətinin sözügedən məsələyə qiymətləndirməsindən sonra həmin fəaliyyətlərlə bağlı rəsmi kanallarla müraciətlər olunmalıdır. FAO olaraq ixtiyarımızda olan həmin işlərin görülməsi üçün müəyyən resurslar səfərbər edilməlidir. Bütün bunlardan sonra daha iri miqyaslı layihə və böyük vəsaitlə fəaliyyətlərimizi davam edə bilərik”.

FAO mütəxəssisinin Qarabağın işğaldan azad olunan ərazilərinə ziyarət edib-etməməsi məsələsinə gəlincə, o, mövcud pandemiya tədbirləri səbəbindən həmin ərazilərə hələki səfər etmədiyini bildirib:

“Yaxın gələcəkdə, hətta növbəti bir ayda nələrin baş verəcəyini deyə bilmərik. Vəziyyət dəyişə bilər və Qarabağa ziyarət mümkün ola bilər”.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO