“Düzünü desəm, biz bu məsələni heç vaxt müzakirə etməmişik. İldə bir neçə dəfə görüşlər keçiririk, müntəzəm telefon zəngləri edirik, amma o, (Rusiya prezidenti Vladimir Putin – red) bunu heç vaxt gündəmə gətirməyib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə İspaniyanın “El Pais” nəşrinin “Rusiya prezidenti Vladimir Putin sizə yeni dəhlizin (Cənub Qaz Dəhlizi nəzərdə tutulur) Rusiya qazına alternativ olması ilə bağlı narahatlığını bildiribmi?” sualını cavablandırarkən səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevdən Qarabağın statusu məsələsinə SON NÖQTƏ: “Daha müzakirə edilməyəcək”
“Rəqabət problemi çox şişirdilib və əsassız olaraq siyasiləşdirilib. Bizim qaz təchizatımız Rusiya ilə rəqabət apara bilməz”, deyə Azərbaycan lideri qeyd edib.
Bizim.Media