BU SƏDRLƏR partiyasındakı üzvlərin sayını bilmir - ADLAR

BU SƏDRLƏR partiyasındakı üzvlərin sayını bilmir - ADLAR

Hazırda oxunan: BU SƏDRLƏR partiyasındakı üzvlərin sayını bilmir - ADLAR

50583

Azərbaycan siyasi məkanından partiya insitutları tutduqları yerə, ictimai həyatda iştirak səviyyələrinə, üzv sayına və ideoloji mövqelərinə görə rəngarənglikləri ilə seçilirlər.

Lakin siyasi partiyanın təsir gücünü nümayiş etdirən ən önəmli nüanslardan biri üzvlərinin sayıdır. Belə ki, seçkili yerlər uğrunda mübarizə aparan siyasi partiyaların dəstəkçilərinin sayı, onların qarşılarına qoyduqları məqsədlərə nail olmasından əsas rol oynayır.

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalara tapşırıq verildi: “SƏRT MÖVQE TUTUN!”


Bu səbəbdən də, partiyalar üçün üzv sayı məsələsi mühüm əhəmiyyət kəsb edir.

Lakin araşdırmamız nəticəsində bəzi siyasi partiya sədrlərinin üzvlərinin sayı ilə bağlı dəqiq məlumata malik olmdığına rast gəldik.

Belə ki, 15-ə yaxın partiya rəhbəri ilə əlaqə saxlasaq da, onlardan bəziləri üzv sayı ilə bağlı rəqəmlər verməkdə çətinlik çəkiblər.

Bu siyasətçilər siyahısında Ümid Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin adlarını qeyd edə bilərik.

Hər üç partiya sədri sorğumuza cavab olaraq üzv sayı ilə bağlı dəqiq informasiyaya malik olmadıqlarını bildiriblər. İqbal Ağazadə və Əli Əliyev bu suala partiyadakı digər məsul şəxslərin cavab verə biləcəyini qeyd ediblər.

Ümid Partiyasının digər məsul şəxsi ilə əlaqə yaratmağa cəhd göstərsək də, istəyimizə nail ola bilmədik.

Razi Nurullayev isə bizi müavini Rafiq Daşdəmirliyə yönləndirib. Rafiq Daşdəmirli sorğumuza detallı cavab verib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO