Razi Nurullayevdən Operativ Qərəgaha ÇAĞIRIŞ – “Yaslara icazə verilsin”

Razi Nurullayevdən Operativ Qərəgaha ÇAĞIRIŞ – “Yaslara icazə verilsin”

Hazırda oxunan: Razi Nurullayevdən Operativ Qərəgaha ÇAĞIRIŞ – “Yaslara icazə verilsin”

0:00
0:00
50579

“Bu gün Azərbaycanda 150 nəfərlik toyların keçirilməsinə icazə verilir. Operativ qərargah və müvafiq dövlət orqanları Kovid virusunu nəzarət altında saxlaya bilir. Müxtəlif olduğum yerlərdə onlarla vətəndaş yaxınlaşır xahiş edir ki, yasların da keçirilməsinə icazə verilsin. Hüzürü düşən adam həyətində başsağlıqlarını qəbul etmək üçün incidilməsin. Elə rayonlar var ki, qaydaları bir az yumşaq tətbiq edir, elə rayon və şəhərlər də var ki, daha sərt”.

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev parlamentin plenar iclası zamanı deyib. 

MÖVZU İLƏ BAĞLI:

“İş adamlarına pul kisəsi kimi baxmaq olmaz” – Deputatdan SƏRT SÖZLƏR


O, bildirib ki, onsuz toy da məclisdir, yas da, bunun fərqi yoxdur. 

“Qoy yas məclislərinə də 100-150 nəfər civarında icazə verilsin. Operativ qərargahdan bu məsələyə operativ baxmağı xahiş edirəm. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur. Onsuz da qadınlar evlərdə yığışıb yas edir və bunun qarşısını almaq mümkün deyil. Kişilər isə qayda-qanunlara daha uyğun hərəkət edə və məsafə saxlaya bilər”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO