“Qaraheybət” hadisəsini terror aktı adlandırmaq istəyən qüvvələr var” – Millət vəkili

“Qaraheybət” hadisəsini terror aktı adlandırmaq istəyən qüvvələr var” – Millət vəkili

Hazırda oxunan: “Qaraheybət” hadisəsini terror aktı adlandırmaq istəyən qüvvələr var” – Millət vəkili

50573

“30 noyabr helikopter qəzasından dərhal sonra yaranan 5 saatlıq informasiya vakuumunda dövriyyəyə atılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı millət vəkili Zahid Oruc deyib. 

MÖVZU İLƏ BAĞLI:

Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək


“Bəzi xarici qüvvələr bunu bizim qələbəmizi kölgə salacaq. Qəzadan sonra sağ-salamat çıxan hərbçilərin yarqılanması, onların təzyiq altında müsahibə verməsi və  bu hadisənin yaxşı araşdırılmaması haqqında yayılan xəbərlər ancaq bu məqsədə qulluq edir. Qəzadan dərhal sonra bütün rəsmi qurumlar bu barədə açıqlamalar verdilər. Yalandan hadisə ətrafında “terror aktı” formalaşdırmaq isə yolverilməzdir”.

Deputat həmçinin qeyd edib ki, 1991-ci ilin Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz. 

“Çünki 30 noyabrda şəhid olanlar bir il əvvəl məhz həmin texnikalarla düşmənə öldürücü zərbələr vurublar və vertolyot sindromu, noyabr, Qarakənd, Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO