Şarlz Mişel Brüsseldə İlham Əliyevlə Paşinyanı barışdırmağa çalışacaq - DETALLAR

Şarlz Mişel Brüsseldə İlham Əliyevlə Paşinyanı barışdırmağa çalışacaq - DETALLAR

Hazırda oxunan: Şarlz Mişel Brüsseldə İlham Əliyevlə Paşinyanı barışdırmağa çalışacaq - DETALLAR

50546

Çərşənbə axşamı, dekabrın 14-də Belçikanın paytaxtında Azərbaycan və Ermənistan liderləri ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş keçiriləcək. 

Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, danışıqlar Aİ-nin Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutacaq.

Əvvəlcə Aİ Şurasının prezidenti İlham Əliyevi və Nikol Paşinyanı ayrı-ayrılıqda qəbul edəcək, daha sonra üçtərəfli formatda danışıqlar davam edəcək. 

Görüş hələ noyabrın ortalarında elan edilib, eyni zamanda Bakı və İrəvan öz növbəsində liderlərin sammitdə iştirakını təsdiqləyiblər. Brüsseldəki danışıqlardan əvvəl noyabrın 26-da Soçidə Əliyev-Paşinyan-Putin görüşü olub. Daha sonra tərəflər 44 günlük müharibədən sonra üçüncü birgə bəyanatı qəbul ediblər. Burada delimitasiya və demarkasiya komissiyasının yaradılması, kommunikasiyaların açılması üçün baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunun işinin stimullaşdırılması haqqında danışılıb.

Brüssel görüşü, bəzi məlumatlara görə, əsasən humanitar aspektə həsr olunacaq. Əsirlərin qaytarılması problemi bu günə qədər Ermənistan tərəfi üçün ən kəskin problem olaraq qalır.

Bu baxımdan, İrəvan hazırkı görüşdən keyfiyyətli irəliləyiş gözləyir.

Danışıqlardakı vəziyyəti Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentlər daha da mürəkkəbləşdirib. Ötən həftə qeydə alınan son insidentdə 1 erməni əsgər məhv edilib, 8 əsgər yaralanıb.

Bu şərtlər daxilində Şarlz Mişel tərəfləri barışdırmağa çalışacaq ya da ən azından qafqazlı qonaqların düşmənçilik hisslərini bir az soyudacaq. Bu işdə ona Soçidə əldə edilən razılaşmalar kömək edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO