Ceyhun Bayramov 3+3 formatı çərçivəsində ilk görüşü DƏYƏRLƏNDİRDİ

Ceyhun Bayramov 3+3 formatı çərçivəsində ilk görüşü DƏYƏRLƏNDİRDİ

Hazırda oxunan: Ceyhun Bayramov 3+3 formatı çərçivəsində ilk görüşü DƏYƏRLƏNDİRDİ

0:00
0:00
50284

"Bir neçə gün bundan əvvəl Moskvada beş ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib. Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatının təşəbbüskarı olublar".

Bizim.Media-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Moskvada bu təşəbbüsün reallaşdırılması ilə bağlı danışıqlar aparılıb:

"Ermənistanın da bu regional təşəbbüsə qatılmaqda tərəddüdləri var idi. Təzadlı, bir-birini istisna edən bəyanatlar verirdilər. Onlar da bu formata qatıldılar. İlk görüş üçün danışıqların nəticələrini yüksək qiymətləndirmək olar. Bütün tərəflər regionda sülh və əmin-amanlığın bərpa edilməsi, o cümlədən, nəqliyyat layihələrinin reallaşmasını müzakirəyə çıxarıblar. Xarici işlər nazirləri bu istiqamətdə koordinasiya rolunu həyata keçirəcəklər. Gələcəkdə daha yüksək səviyyəli görüşlərin keçirilməsi istisna edilmir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO