Hikmət Hacıyev:

Hikmət Hacıyev: "Bu, informasiya savaşında ən effektiv mübarizə üsulu idi”

Hazırda oxunan: Hikmət Hacıyev: "Bu, informasiya savaşında ən effektiv mübarizə üsulu idi”

50205

Azərbaycan Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitinin açılış mərasimində çıxış edib.

Bizim.Media xəbər verir ki, H.Hacıyev çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin dünyanın susqunluğu fonunda aparıldığını deyib.

O, Qarabağda, Xocalıda Azərbaycanın günahsız insanları öldürülsə də, müharibədən əziyyət çəkən xalq kimi ermənilər təqdim edildiyini vurğulayıb.

“Bu yalanların fonunda Qarabağ savaşının ilk günlərindən biz uzunmüddətli bir yola çıxdıq. Əsas hədəfimiz Azərbaycan tərəfindən həyata keçirilən siyasətin beynəlxalq aləmə koordinasiya olunmuş şəkildə vahid mesaj kimi çatdırılması idi. Belə siyasət formalaşdıraraq erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətinə mübarizə aparmağa başladıq. Çətin mübarizə olsa da, informasiya savaşında da həqiqəti dünyaya çatdırmağa nail olduq".

H.Hacıyev əlavə edib ki, 44 günlük Vətən müharibəsində Ermənistan yenə də Azərbaycana, mülki insanlara qarşı müharibəyə start verdi. Azərbaycan xalqı isə haqq səsini ucaldaraq öz haqlı mübarizəsinə başlamış oldu. Burada da strateji kommunikasiyanın qurulması əsas hədəf oldu?

"Çünki yenə də Ermənistan tərəfindən ölkəmizə qarşı informasiya savaşı, erməni təbliğatı aparılırdı. Dünya mediasında bir çox qapılar Azərbaycana qarşı bağlı qalmaqda davam edirdi. Dünya mediasında monopolist informasiya inhisarçılığı olaraq qarşımızda böyük sədlər var idi. Bu mənada Prezident İlham Əliyev dünya mediası ilə birbaşa əlaqə quraraq Azərbaycanın apardığı strateji kommunikasiyanın ön sırasında mübarizə apardı. 44 günlük savaş dönəmində demək olar ki, hər gün dünyanın ən aparıcı televiziyaları və agentlikləri ilə Prezident İlham Əliyevin müsahibələri təşkil olundu. Bu, informasiya savaşında da sərhədi yarmağımız üçün ən effektiv mübarizə üsulu idi”, - H. Hacıyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO