Ceyhun Bayramov Koreya səfiri ilə görüşdü - FOTO

Ceyhun Bayramov Koreya səfiri ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Koreya səfiri ilə görüşdü - FOTO

0:00
0:00
50090

Xarici işlər naziri Ceyhun Bayramov Koreyanın Azərbaycandakı səfiri Kim Tong Opu diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

“Rəsmi Bakı Almaniyanın yeni hökuməti ilə yüksək səviyyəli əməkdaşlığa ümid edir” – Ceyhun Bayramov


Nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar istiqamətlərdə inkişafından məmnunluqla bəhs edib və səfirin bu xüsusda səylərini yüksək qiymətləndirib. 

Səfir Kim Tong Op Azərbaycanda diplomatik fəaliyyətdə olduğu 3 il ərzində ölkələrimiz arasındakı münasibətlərin məhsuldar şəkildə inkişaf etdiyini ifadə edib və bu müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

O, Azərbaycana və bütün bölgəyə sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.
 

Gələn il Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyinə istinad edən tərəflər, bununla əlaqədar müxtəlif tədbirlərin təşkilinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyindən əminlik ifadə ediblər.


Görüşdə tərəflər, həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO