“İranla Ermənistan arasında dəhlizin açılmasının tərəfdarıyam” – Zərdüşt Əlizadənin ŞƏRHİ

“İranla Ermənistan arasında dəhlizin açılmasının tərəfdarıyam” – Zərdüşt Əlizadənin ŞƏRHİ

Hazırda oxunan: “İranla Ermənistan arasında dəhlizin açılmasının tərəfdarıyam” – Zərdüşt Əlizadənin ŞƏRHİ

49852

Son dönəmlərdə İran-Azərbaycan münasibətlərində müsbət irəliləyişlər müşahidə olunmaqdadır. Bu tendensiyanın məntiqi davamı olaraq, dekabrın 8-də İranın  Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) baş direktoru Cavad Hedayəti Azərbaycan və Gürcüstanla Fars körfəzi-Qara dəniz nəqliyyat marşrutu üzrə tranzit yolunun razılaşdırıldığını açıqlayıb.

Bundan əlavə İran rəsmisi, gələn ilin martında pilot layihə kimi ilk yük partiyalarının bu marşrut üzrə göndəriləcəyini qeyd edib.

Bu cür mühüm razılaşmanın əldə olunması isə, həm iqtisadi, həm də siyasi baxımdan böyük önəm kəsb edir.

Onu da qeyd edək ki, İran tərəfi Qara dənizə çıxış üçün lazım olan nəqliyyat marşrutu layihəsinin Ermənistan ərazisindən keçməsini gündəmə gətirirdi.

Sözügedən razılaşma barədə politoloq Zərdüşt Əlizadə fikirlərini Bizim.Media ilə bölüşüb.

MÖVZU İLƏ BAĞLI:

Zərdüşt Əlizadədən türkçülüklə bağlı ağır sözlər: “Şovinizmin ən parlaq nümunəsi Elçibəy idi”


Politoloq ilk öncə İranla Ermənistan arasında nəqliyyat marşrutunun yaradılması ilə bağlı danışıb:

“Mən İranla Ermənistan arasında da nəqliyyat dəhlizinin açılmasının tərəfdarıyam. Çünki Ermənistandakı sosial vəziyyət çox aşağı səviyyədədir. Düşünün ki, ac, qəzəbli xalqla dil tapmaq daha asandır, yoxsa bir tikə çörəyi olan? Düşünürəm ki, ikinci variant daha gözəl olardı”.

Zərdüşt Əlizadə İran-Azərbaycan-Gürcüstan marşrutu üzrə yüklərin daşınması üçün hazır infrastrukturun mövcudluğuna da diqqət çəkib:

“Ermənistanda İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa marşrutuna çox ümid bağlayırdılar. Hesab edilirdi ki, bu Ermənistanın iqtisadi gələcəyini təmin edəcək. Lakin undurdular ki, bu hələ tikiləsi yoldur. Azərbaycanla İran arasında isə rəvan işləyən avtomobil yolları var. Eyni zamanda Şimal-Cənub dəhlizinin Astaradan Rəştə qədər olan yarımçıq hissəsinin layihəsi də hazırdır. Layihənin dəyəri yarım milyard dollardır və əgər razılaşma əldə olunarsa, düşünürəm ki, bu hissə də bir il ərzində istifadəyə hazır olacaq. Azərbaycanla Gürcüstan arasında da həm dəmiryolu, həm də avomobil yolu fəaliyyət göstərir.”.

Politoloq Azərbaycandakı hazır infrastruktura paralel olaraq, Ermənistandan keçən layihə ilə bağlı zamana və ciddi maliyyə vəsaitlərinə ehtiyac olduğuna da diqqət çəkib:

“İran-Ermənistan nəqliyyat dəhlizi layihəsinin dəyəri 3 milyard dollara yaxındır. Bunun üçün ilk növbədə maliyyə vəsaiti tapılmalıdır. Eyni zamanda Ermənistandakı relyefin çətinliyi səbəbindən tikinti işləri də xeyli vaxt alacaq. Lakin gələcəyi düşünən insan kimi arzulayıram ki, Ermənistan da regional nəqliyyat dəhlizlərində aktiv iştirak edəcək. Çünki Şərqlə Qərb arasında daşınmalarda Cənubi Qafqazın əhəmiyyəti həddindən artıq yüksəlib”.

Bütün layihələr reallığa çevrilərsə...

“Bütün marşrutlar işə düşəndən sonra, Azərbaycanla Ermənistan logistika sahəsində rəqabət aparan iki tərəfə çevriləcək. Lakin bu o demək deyil ki, məsələ “ya o, ya bu” prinsipi ilə həll olunacaq. Burada “həm o, həm bu” yanaşmasından istifadə etmək daha doğru olardı. Zərdüşt Əlizadənin fikrincə, razılaşma regionda siyasi əlaqalərin yaxşılaşmasına, eyni zamanda iqtisadi inkişafa da müsbət təsir göstərəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO