Türkiyə prezidenti: “Azərbaycanla 5 müqavilə imzaladıq”

Türkiyə prezidenti: “Azərbaycanla 5 müqavilə imzaladıq”

Hazırda oxunan: Türkiyə prezidenti: “Azərbaycanla 5 müqavilə imzaladıq”

4964

“Azərbaycana səfərimiz zamanı ikitərəfli münasibətlərimizi də müzakirə etdik və 5 müqavilə imzaladıq”.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O, səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında nəqliyyat, orta və kiçik biznesin inkişafı, mətbuat və digər sahələrdə əməkaşlıq üzrə protokolların imzalandığını bildirib.

“Bu razılaşmalar xaricində qarşılıqlı sərmayələrin artırılması məqsədilə ticarət və turizm sahələrində əməkdaşlığımızı da gücləndirəcəyik. Qarabağın yenidən qurulmasında Türkiyə olaraq əhəmiyyətli bir rol oynayacağıq".

"İnşallah, bir il ərzində Qarabağ bölgəsini yenidən formalaşdıracaq addımların atılması barədə əziz qardaşım İlham Əliyevlə bir qərara gəldik”,- deyə Ərdoğan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO