Ərdoğan: “Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər”

Ərdoğan: “Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər”

Hazırda oxunan: Ərdoğan: “Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər”

4955

Qarabağ Zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açıldı. İnanıram ki, bölgənin tarixi artıq yeni bir istiqamətdə formalaşacaq.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O bildirib ki, hazırda üzərində işlənilən 6 platforma hər kəs üçün qazanc imkanları təmin edəcək.

"Ermənistan bu prosesdə iştirak edib, müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər", - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti, həmçinin qeyd edib ki, Azərbaycan lideri İlham Əliyev öz mövqeyi ilə Fransanın rəhbəri Emmanuel Makronun hesablarını alt-üst etdi:

“Makron bəlkə də Azərbaycan-Fransa əlaqələrini bitirəcək. Bu, siyasi təcrübəsizlikdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO