Deputat: “Sandıqdakı pulları çıxarmağın vaxtıdır”

Deputat: “Sandıqdakı pulları çıxarmağın vaxtıdır”

Hazırda oxunan: Deputat: “Sandıqdakı pulları çıxarmağın vaxtıdır”

4938

“Banklarda bürokratik məqamlar var. Şəhid ailələri və qazilərlə bağlı da bu məqamlar var, yaxşı olardı ki, banklar bu məqamları aradan qaldırsın”.

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, qorunmayan əmanətlərlə bağlı məsələlərə də baxmaq lazımdır:

“Bu məsələyə baxılmalıdır. Qorunmayan əmanətlərlə bağlı məsələ də yaxşı olardı ki, qanunda nəzərdə alınsın. Eyni zamanda məzənnə dəyişən zaman qorunan və qorunmayan əmanətlərə bunun necə təsir edəcəyi də nəzərə alınmalıdır. Əmanətlərin çoxu 6-12% arasında qəbul edilir. Bəziləri yüksək faizlə bunu qəbul edir. Bunun da aqibəti nəzərə alınmalıdır".

"İkincisi, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı sandıqlarda olan pulları çıxarmaq vaxtıdır. Bu işdə bütün yükü dövlətin üzərinə atmaq olmaz. Burada bir sıra mexanizmlər işlənib hazırlanmalıdır. Yazda biz yenidən bu sənədə baxmalı, yeni təklifləri qanunda nəzərə almalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO