Ceyhun Bayramov Zbiqnev Rau ilə razılığa gəldi - 30 illik yubileylə bağlı tədbirlər keçiriləcək

Ceyhun Bayramov Zbiqnev Rau ilə razılığa gəldi - 30 illik yubileylə bağlı tədbirlər keçiriləcək

Hazırda oxunan: Ceyhun Bayramov Zbiqnev Rau ilə razılığa gəldi - 30 illik yubileylə bağlı tədbirlər keçiriləcək

48931

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində bu gün Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici işlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı, Polşa və Azərbaycan arasında mövcud olan münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edildi.

Nazirlər, gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi olduğuna istinad edərək, bununla əlaqədar müvafiq tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar.

Görüşdə, Polşanın 2022-ci ildə ATƏT-ə sədrliyi və bu xüsusda, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, Polşa sədrliyinin prioritetləri, o cümlədən ATƏT çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Ceyhun Bayramov, həmkarına post-münaqişə regional təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşması istiqamətində atılmalı addımlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barəsində geniş məlumat verdi.

Nazir Ceyhun Bayramov həmkarına işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə məlumat verdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO