“Biz danışdıq ki, Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu hazırlanandan sonra bərabər Şuşa şəhərinə gedəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatı zamanı söyləyib.
“Bir daha qardaş Türkiyə xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək, həmrəylik gördük. Təkcə siyasətçilər yox, Prezident başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda ictimai fəallar, mətbuat mənsubları – onlar öz həyatlarını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırlar. Məhz bu reportajlar vasitəsilə dünya gedən proseslərdən xəbər tuturdu".
"Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza salamımı çatdırır, dərin təşəkkürümü bildirirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir”, - o qeyd edib.
Bizim.Media
![Əliyev və Ərdoğan Şuşaya gedəcək Əliyev və Ərdoğan Şuşaya gedəcək](https://bizim.media/file/articles/2020/12/10/1607612699_10.jpg)
- A-
- A
- A+
Siyasət
18:58 / 10.12.2020
Əliyev və Ərdoğan Şuşaya gedəcək
Hazırda oxunan: Əliyev və Ərdoğan Şuşaya gedəcək
Hazırda oxunan: Əliyev və Ərdoğan Şuşaya gedəcək
4890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.