Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriya xarici işlər naziri Maykl Linhartla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Avstriya XİN başçısı "Twitter"də bildirib.
MÖVZU İLƏ BAĞLI:
XİN rəhbəri: "Ermənistan öhdəliklərini pozur, qoşunlarını çıxarmır"
"ATƏT XİN Şurasının iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşmək və Avstriya - Azərbaycan arasında iqtisadi əlaqələri, həmçinin, Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında ATƏT-in rolunu müzakirə etmək üçün çox yaxşı bir fürsətim oldu.
Avstriya etimadın yaradılmasına yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır", Avstriya XİN başçısı bildirib.
Bizim.Media