Hikmət Hacıyev azad olunmuş ərazilərlə bağlı vətəndaşlara SƏSLƏNDİ

Hikmət Hacıyev azad olunmuş ərazilərlə bağlı vətəndaşlara SƏSLƏNDİ

Hazırda oxunan: Hikmət Hacıyev azad olunmuş ərazilərlə bağlı vətəndaşlara SƏSLƏNDİ

48720

“Ermənistanın əraziləri kütləvi şəkildə minalamasında məqsəd Azərbaycanın apardığı quruculuq işlərini və keçmiş məcburi köçkünlərin həmin ərazilərə qayıdışını maksimum ləngitmək olub”.

Bizim.Media-nın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da minalarla bağlı problemi qaldırıb.

"Bir daha beynəlxalq ictimaiyyətə müraciət edirik ki, bu məsələdə məlumatlandırma arıtırılmalıdır, Azərbaycanın minatəmizləmə işində dəstəyə ehtiyac var. Vətəndaşlarımızdan da xahiş edirik ki, azad olunmuş ərazilərə icazəsiz getməmək, müəyyən olunmuş yollardan kənara çıxmamaq vacibdir", - deyə Prezidentin köməkçisi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO