ABŞ-nin Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.
MÖVZU İLƏ BAĞLI:
İtaliya səfirliyi Azərbaycana başsağlığı verdi
“Səfir Örl Lisenberger helikopter qəzasında həlak olanlara görə başsağlığı verir. Onların ailələrinə və dostlarına başsağlığı veririk”.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Bizim.Media
Səfir Litzenberger helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir.
— U.S. Embassy Baku (@USEmbassyBaku) December 1, 2021
Bu itkinin acısını ailələri və dostları ilə yaşayır, dərdinizi bölüşür və dərin hüznlə başsağlığı veririk. pic.twitter.com/7AxMxbTV0h