“İran və Azərbaycan prezidentlərinin iradəsi qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətindədir”.
Bizim.Media “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüş barədə danışarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentlərin görüşü İran mətbuatının yanaşmasını dəyişəcəkmi?
Nazir görüşdə tranzit, energetika, turizm, mədəniyyət və başqa sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib. O əlavə edib ki, iki ölkə və xalqları qonşuluqdan başqa, həm də yaxın qohumdur.
Bizim.Media