BMT-nin Baş katibi Antonio Quterreş ötən gün Soçidə keçirilən üçtərəfli görüşlə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş katibin ofisinin saytında məlumat yerləşdirilib.
Baş katibin Azərbaycan və Ermənistan arasında birbaşa təmasların yaradılmasına dair öhdəlikləri təqdir etdiyi bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Soçidə 3 ölkənin liderləri bəyanat imzaladı – TAM MƏTN
“Baş katib Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş naziri arasında 26 noyabrda keçirilmiş görüşü və bu görüşdən sonra qəbul edilmiş birgə bəyanatı alqışlayır. Baş katib eyni zamanda Rusiya Federasiyasının təmasların asanlaşdırılmasında və daimi dialoqdakı rolundan məmnunluq ifadə edir. Baş katib Azərbaycan və Ermənistan arasında birbaşa yüksək səviyyəli təmasın yaradılmasına dair öhdəlikləri təqdir edir, tərəflərin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların tam həyata keçirilməsinə dair götürdüyü öhdəlikləri alqışlayır. BMT-nin əsas prinsipi budur ki, davamlı sülh yalnız dialoq yolu ilə mümkündür və tərəfləri bunun üçün bütün mümkün yollardan, o cümlədən ATƏT-in Mİnsk qrupunun səylərindən istifadə etməyə çağırır. BMT regionda sülhün bərqərar olması üçün bütün səyləri dəstəkləməyə hazırdır”, -deyə açıqlamada qeyd edilib.
Bizim.Media