Paşinyan Soçidə STATUS məsələsindən niyə danışmadı? – Fikrət Sadıxovdan İZAH 

Paşinyan Soçidə STATUS məsələsindən niyə danışmadı? – Fikrət Sadıxovdan İZAH 

Hazırda oxunan: Paşinyan Soçidə STATUS məsələsindən niyə danışmadı? – Fikrət Sadıxovdan İZAH 

47971

“Əvvəla kommunikasiyanın açılması ilə bağlı komissiya yaranacaq. Demorkasiya və delimitasiya məsələləri ilə bağlı ekspertlərin bundan sonrakı fəaliyyəti davam edəcək”. 

Bu fikirləri Bizim.Media oxucuları ilə bölüşən siyasi şərhçi Fikrət Sadıxov Azərbaycanın maraqları baxımından Soçi görüşünü müsbət qiymətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı sülhməramlılardan nə tələb etməlidir? - Fikrət Sadıxovdan ŞƏRH 


Onun sözlərinə görə sözügedən görüşün bir sıra əhəmiyyətli məqamları üzə çıxıb:

“Düşünürəm ki, bu, müəyyən mənada Paşinyana təzyiq nəticəsində baş verdi. Çünki Paşinyan boyun qaçırırdı və bu görüşə gəlmək istəmirdi. Müxtəlif bəhanələrlə və gülünc səbəblərdə görüşdən yayınmağa çalışırdı”. 

Politoloq Soçi görüşünün bir müsbət nəticəsinə də toxunub:

“Status məsələsi tamamilə arxada qaldı və bunu Paşinyan qaldırmağa özünə sığışdırmadı. O, başa düşdü ki, status məsələsi ilə bağlı heç bir nəticə əldə olunmayacaq. Bu da bizim maraqlarımıza tam cavab verir və əlbəttə ki, Azərbaycanın uğurudur. Onu da deyim ki, Nikol Paşinyanın ATƏT-in Minsk Qrupuna üz tutması, həmçinin beynəlxalq təşkilatın bu danışıqlara cəlb olunması heç də reallığa uyğun deyil. Çünki 30 il ərzində həmsədrlərin fəaliyyəti heç bir nəticə vermədi və biz onu gördük. Bütün məsələləri Azərbaycan özü həll elədi”. 

Brüssel görüşünə gəlincə, Fikrət Sadıxov əslində Avropa İttifaqı və Brüsselin vasitəçilik statusuna malik bir təşkilat olmadıqlarını dilə gətirib:

“Bu, özü-özlüyündə fakt və reallıqdır. Amma bu görüş baş tuta bilər və hesab etmirəm ki, Brüsseldə sözügedən məsələlərdən əlavə ciddi problemlər həll olunsun. Buna çox şübhə ilə yanaşıram. Çünki əsas məsələlər Soçidə müzakirə olunub”, - deyə politoloq əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO