Bakıda QHT-lərin konfransı keçirildi – FOTO

Bakıda QHT-lərin konfransı keçirildi – FOTO

Hazırda oxunan: Bakıda QHT-lərin konfransı keçirildi – FOTO

47921

COJEP International Avrasiya Koordinatorluğunun təşkilatçılığı və TİKA-nın dəstəyi ilə Bakıda dünən ikinci “Vətəndaş Cəmiyyətinin Bacarıqlarının Gücləndirilməsi Proqramı” keçirilib.

Bizim.Media COJEP-in Avrasia ölkələri üzrə koordinatorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 100-ə yaxın qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən konqresin açılış proqramında Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Ağacavid Ramazanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, TİKA-nın Bakı Proqram Koordinatoru Fatih Yılmaz, “COJEP International”ın Prezidenti Ali Gedikoğlu, “COJEP International”ın Baş Katibi Celil Yılmaz, “COJEP International”ın bakan yardımcısı Satı Arik, “COJEP International”ın vəkili Fulya Kaya, Erdem Uyusal,  COJEP-in Avrasiya ölkələri üzrə Koordinatoru Nüşabə Məmmədova və digər rəsmilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

QHT nümayəndələri Gəncəyə getdilər – SƏBƏB - FOTO


Konfransda “Vətəndaş cəmiyyətinin yeri və rolu”, “Ədalətli dünya üçün nümunə ölkə Türkiyə və korporativ əməkdaşlıqlar”, “Beynəlxalq fondlara çıxış və layihə texnikaları”, “Media və vətəndaş cəmiyyəti əlaqələri”, “Beynəlxalq təşkilatlarda lobbiçilik” mövzuları müzakirə olunub. İştirakçı QHT-lərin sualları üzərində diskussiyalar aparılıb.

Tədbirə 100-ə yaxın  Qeyri-Hökumət Təşkilatı qatılıb. 50 QHT COJEP NETWORK-a üzv qəbul edilib.

Sonda iştirakçı QHT-lərə sertifikatlar təqdim olunub.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO