Rusiya prezidenti: “Biz istəyirik ki, Brüssel görüşündən əvvəl nəticə əldə olunsun” - VİDEO

Rusiya prezidenti: “Biz istəyirik ki, Brüssel görüşündən əvvəl nəticə əldə olunsun” - VİDEO

Hazırda oxunan: Rusiya prezidenti: “Biz istəyirik ki, Brüssel görüşündən əvvəl nəticə əldə olunsun” - VİDEO

47861

“Danışıqlarda bağlı komunikasiyaların da məsələsi qaldırıldı, bu işdə hamı kimi Rusiya da bir qonşu dövlət kimi maraqlıdır. Biz hamımız yaxın qonşuyuq”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə deyib. 

O, sərhədlərin demarkasiya və delimitasiya işlərindən də söz açıb:

“İkinci məsələ isə yaxın günlərdə sərhədlərin delimitasiya və demarkasiyasıya məsələlərini həll etməkdir. Aydındır ki, məsələ bir az qəlizdir, sərhədlər Sovet hökuməti zamanından qalıb. Orada bəzi şeylər qarışıqdır, ancaq bir həll yolunu tapacağıq”.

Vladimir Putin qeyd edib ki, tərəflər tezliklə Brüseldə də bir araya gələcəklər:

“Mən iki tərəfin danışıqlara getmək istəklərini dəstəkləyirəm. İki tərəfli görüşlər isə daha prioritetdir. Bilirəm ki, yaxın zamanlarda sizin Brüseldə də görüşünüz gözlənilir. Mən bu yaxınlarda Avropa İttifaqının sədri cənab Mişellə danışdım, o, sizi gözləyir. Amma biz Brüssel görüşünə qədər nəticələrin əldə olunmasını istəyirik. İstərdik ki, ora konkret nəticə ilə gedilsin. İnanıram ki, iki dövlət arasında hər şey normal vəziyyətə qayıdacaq, regionda sülh hökm sürəcək”,- deyə o fikrini tamamlayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO