“İranı yaxşı qonşu və dost ölkə bilirik. Azərbaycan Prezidenti və rəsmilərinin iradəsi İranla hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir”.
Bizim.Media-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İran Prezidenti Həsən Ruhani ilə görüşündə deyib.
Ceyhun Bayramov Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından danışaraq, İranla 132 kilometrlik müştərək sərhədin bərpasına da toxunub:
“Azərbaycan və İran sərhədi dostluq və inkişaf sərhədidir: “İnanırıq ki, bu sərhədlərin yenidən bərpası iki ölkə üçün yeni əməkdaşlıq layihələri baxımından zəmin yaradacaq”.
Nazir Rəşt-Astara dəmir yolu layihəsinin icrasının iki ölkə arasında əlaqələri daha da genişləndirəcəyini qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:32 / 09.12.2020
Ceyhun Bayramov: ''İran qonşu və dost ölkədir''
Hazırda oxunan: Ceyhun Bayramov: ''İran qonşu və dost ölkədir''
Hazırda oxunan: Ceyhun Bayramov: ''İran qonşu və dost ölkədir''
4750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.