“Qarabağda təhsil infrastrukturunun yenidən qurulması məsələsi xüsusi diqqətə alınmalıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
“Üçrəngli bayrağımızın Xankəndidə dalğalanmasına az qalıb” - TURAL GƏNCƏLİYEV -VİDEO
O, çıxışında təmsil etdiyi Xankəndi şəhərində işğala qədər Pedaqoji İnstitutun filialının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
“1973-cü ildən bu institut müstəqil ali məktəb kimi fəaliyyət göstərirdi. Qarabağa geri qayıdacaq əhalinin təhsilində oynadığı müsbət rolu nəzərə alaraq, Xankəndi Pedaqoji İnstitutunun və bu kimi təhsil olacaqlarının yenidən bərpası xüsusi əhəmiyyət kəsb edir. Büdcədə Xankəndi Pedaqoji institutunun yenidən bərpasının nəzərə alınmasını xahiş edirəm”, - deyə deputat fikrini tamamlayıb.
Vüsalə Balayeva, Bizim.Media