“230 milli prioritetimiz təqdim olunub. Bunlardan biri Böyük Qayıdışdır. Çox gözəl. Bəs, biz Cəlilabad, Lənkəran, Gədəbəyə və digər boşalmış rayonlara kiçik qayıdışı necə edək? Bu sakinlərin əksəriyyəti ya Rusiyaya işləməyə gedir, ya da “Tolkuçka”da araba sürməklə məşğuldurlar.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirəsi zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin növbəti iclası keçirilir - 24 məsələ müzakirə olunacaq
O bu halları aradan qaldırmaq üçün müəyyən təkliflər də irəli sürüb.
“Bu hallara səbəb həmin ərazilərdə aqrar sektorun payının 50%, sənayeləşmənin isə çox aşağı olmasıdır. Ona görə əhali işləmək üçün başqa yerlərə üz tutur. Mən təklif edirəm ki, rayonları ya quberniya və ya başqa ad altında birləşdirib, idarəetməni sadələşdirməliyik. Bakıda yerləşən bəzi nazirlik və universitetlər Gəncə, Ağdam, Füzuli rayonlarına köçürülsün. Bu həm də Bakının tıxac problemini həll edəcək”.
Vüsalə Balayeva, Bizim.Media