Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Bizim.Media-nın məlumatına görə, iclasın gündəliyinə 24 məsələ daxildir.
Bunlar arasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) və digər məsələlər yer alır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:32 / 23.11.2021
Milli Məclisin növbəti iclası keçirilir - 24 məsələ müzakirə olunacaq
Hazırda oxunan: Milli Məclisin növbəti iclası keçirilir - 24 məsələ müzakirə olunacaq
Hazırda oxunan: Milli Məclisin növbəti iclası keçirilir - 24 məsələ müzakirə olunacaq
47225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.