Çeçenistanın Baş nazirinin azərbaycanlı müavini – Ramzan Kadırov onu necə Qroznıya apardı? - ÖZƏL

Çeçenistanın Baş nazirinin azərbaycanlı müavini – Ramzan Kadırov onu necə Qroznıya apardı? - ÖZƏL

Hazırda oxunan: Çeçenistanın Baş nazirinin azərbaycanlı müavini – Ramzan Kadırov onu necə Qroznıya apardı? - ÖZƏL

47143

Xəbər verdiyimiz kimi, Çeçenistanın azərbaycanlı səhiyyə naziri, ölkənin baş onkoloqu Elxan Süleymanov Baş nazirin müavini təyin edilib. Bununla bağlı respublika başçısı Ramzan Kadırov əmr imzalayıb.

Azərbaycan Tibb Universitetindən Qroznıya aparan yol...

Elxan Süleymanov Azərbaycandan Çeçenistana tərəf addımladığı uğur yolunu belə xatırlayır.

“Mənim ora getməyim təsadüfən olub. O zamanlar Rusiyanın paytaxtı Moskvada Onkologiya Mərkəzində işləyirdim. Mən orada Çeçenistan prezidenti Ramzan Kadırovun yaxın dostunun müalicə həkimi idim. Kadırov tez-tez xəstəxanaya dostuna baş çəkməyə gəlirdi. Bİz elə o zamanlar tanış olduq və tədricən dostlaşdıq".
 

MÖVZU İLƏ BAĞLI:

Kadırov azərbaycanlı Elxan Süleymanovu Baş nazirin müavini təyin etdi


Bizim.Media xəbər verir ki, bu sözləri Elxan Süleymanov illər əvvəl əməkdaşımız, tanınmış jurnalist Aytəkin Alxaslıya verdiyi müsahibə zamanı deyib. 

Bundan sonra şəxsən Ramzan Kadırov onu Çeçenistanın paytaxtı Qroznıya dəvət edir. "Hələ 2012-ci il də Ramzan Kadırov məni Qroznıya dəvət edirdi. Mənə qətiyyətlə demişdi  ki, əgər mənim dostumsansa, mütləq Çeçenistana gəlməlisən".

Beləcə, bir müddət düşündükdın sonra sonunda Elxan dostunun xahişinə müsbət cavab verir və  2014-cü ilin mart ayında Çeçenistanda Respublika Onkoloji Dispanserinin baş həkimi kimi işə başlayır. O, həm də Çeçenistan Prezidentinin səhiyyə məsələləri  üzrə müşaviri təyin edilir. 

“O zamanlar Qroznıdakı Onkoloji Dispanserdə vəziyyət həqiqətən kritik və ağır idi. Xərçəngin müalicəsi üçün heç bir şərait  yox idi,  burada cərrahi əməliyyatlar edilmirdi. Kimya-terapiya, şüa müalicəsi yox idi".

Azərbaycanlı onkoloq doğrudan da Qroznıda xərçəngin müalicəsində görünməmiş yeniliyə imza atır.

Dispanseri müasir tibbi avadanlıqla təchiz edən Elxan Süleymanov nəinki  buradakı geriliyi aradan qaldırır, hətta xərçəng xəstələrinin Rusiyanın müxtəlif şəhərlərindən Qroznıya axın etməsinə nail olur. 

Bütün bunlar Ramzan Kadırovu dostu ilə bağlı daha bir önəmli qərar verməyə sövq edir və Elxan Süleymanov 2016-cı il aprelin 28-də Çeçenistanın səhiyyə naziri postuna təyinat alır. Bu müddət ərzində yüzlərlə insanı xərçəngdən həyata qaytaran azərbaycanlı nazir respublikada tibbin bütün sahələrindəki geriliyi aradan qaldırır. 

Aytəkin Alxaslı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO