Rusiya və İsveçin XİN başçıları arasında Qarabağ müzakirəsi

Rusiya və İsveçin XİN başçıları arasında Qarabağ müzakirəsi

Hazırda oxunan: Rusiya və İsveçin XİN başçıları arasında Qarabağ müzakirəsi

46692

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə danışıqlar aparacaq.

Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, görüşün gündəliyinə ATƏT-in cari işinə dair geniş spektrli məsələlər, o cümlədən bu ilin dekabrın 2-3-nə planlaşdırılan qurumun Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq daxildir.

Danışıqlarda Ukrayna və Qarabağdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq.

Nazirlər Dnestryanı münaqişənin nizamlanmasında təşkilata yardım, o cümlədən Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrində ATƏT-in vasitəçiliyi məsələlərini nəzərdən keçirəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO