Avropa İttifaqı ilə Azərbaycan arasında hansı məsələlər müzakirə edildi? - Görüşün DETALLARI

Avropa İttifaqı ilə Azərbaycan arasında hansı məsələlər müzakirə edildi? - Görüşün DETALLARI

Hazırda oxunan: Avropa İttifaqı ilə Azərbaycan arasında hansı məsələlər müzakirə edildi? - Görüşün DETALLARI

46597

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun rəhbəri vəzifəsini icra edən Maçye Popovski ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, xüsusilə də Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə Görüşü ərəfəsində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirakı, habelə Aİ rəsmiləri ilə keçirilmiş ikitərəfli görüşlərinə istinad edib, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının müzakirə edildiyini bildirib.

Bakıda keçirdiyi görüşlərdən, habelə təşkil olunan “Qarışıq Maliyyə” təlimindən məmnunluqla bəhs edən M.Popovskiy tədbirin əməkdaşlıq münasibətləri çərçivəsində mövcud olan və hələ ki istifadə edilməyən potensialın müəyyən olunması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.

Tərəflər, həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması prosesi çərçivəsində Avropa İttifaqının maliyyə institutlarının iştirakı məsələsini müzakirə ediblər.

Bizim.Media


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO