“Hazırda Ermənistanın baş naziri Nikol Paşinyana etiraz edən ancaq 17 partiyadır. Bu bütöv müxalifət deyil. Buna görə də onların keçirdiyi birləşmiş mitinqlər o qədər də kütləvi olmadı. Çünki hazırda Ermənistanda həm siyasi institutlara, həm də siyasətçilərə böyük inamsızlıq var”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Fərhad Məmmədov Ermənistanda baş verən müxalifət iqtidar qarşıdurmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müharibə zamanı paylanılan silahlar hazırda müxalifət dəstələrinin silahlanmasına kömək edib.
“Müharibədən sonra Ermənistanda xalq müəyyən stabilliyi gözləyir. Kimsə bu stabilliyi Paşinyan hakimiyyətində, kimisi isə onun istefaya getməsində görür. Burada əsas rolu silahlanmış müxalifət oynayır. Çünki müharibə dövründə silahlar kütləvi şəkildə Qarabağda əhaliyə və Ermənistandan gələn könüllülərə paylanıldı. Ermənistan Xüsusi Xidmət Orqanları dəfələrlə bu silahların qeyri-leqal yolla Ermənistana qayıtdığını açıqlayıblar. Ermənistan müxalifətində də Daşnaktsutyun kimi yarısilahlanmış qüvvələr var ki, xüsusi bir hərəkətlə terrora gedə və proseslərin nəzarətdən çıxmasına gətirib çıxara bilər”, - deyə politoloq vurğulayıb.
Silahlanmış müxalifət və generalların loyallığının Paşinyana etirazları zor gücü ilə də olsa yatırmağa imkan verdiyini deyən F. Məmmədov onun tez bir zamanda istefasının gözlənilmədiyini də deyib.
“Paşinyanı hələ də dəstəkləyən ordu, polis və Xüsusi Xidmət Orqanlarının ona qarşı olan loyaldır. Bu orqanlar da hələki Ermənistanda böyük bir xalq hərəkatını görmürlər. O vaxta qədər ki, polis və ordu hakimiyyəti dəstəkləyir orada çevriliş haqqında söhbət gedə bilməz. Hələ ki, bu iki faktor silahlanmış müxalifət və generalların loyallığı Paşinyana etirazları, zor gücü ilə də olsa, yatırmağa imkan verir”.
Politoloq həmçinin, etiraz aksiyaları zamanı yaşana biləcək silahlı qarşıdurma ehtimallarından da danışıb.
“Əgər etiraz edən kütlənin içərisində silahlanan insanlar polisə qarşı hücuma keçərsə, məsələ nəzarətdən çıxa bilər. Bu da vətənsdaş polis qarşudurmasına, hətta Ter Petrasyanın dediyi kimi, vətəndaş müharibəsinə də gətirib çıxara bilər”, - deyə o, fikrini tamamlayıb.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:40 / 08.12.2020
Fərhad Məmmədov: "Paşinyan xalqa qarşı zor tətbiq edə bilər"
Hazırda oxunan: Fərhad Məmmədov: "Paşinyan xalqa qarşı zor tətbiq edə bilər"
Hazırda oxunan: Fərhad Məmmədov: "Paşinyan xalqa qarşı zor tətbiq edə bilər"
4645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.