Deputatdan diplomata sərt TƏNQİD – “Bu axmaq səfirə anlatmaq lazımdır ki...”

Deputatdan diplomata sərt TƏNQİD – “Bu axmaq səfirə anlatmaq lazımdır ki...”

Hazırda oxunan: Deputatdan diplomata sərt TƏNQİD – “Bu axmaq səfirə anlatmaq lazımdır ki...”

46258

"Bu axmaq səfirə çətin də olsa anlatmaq lazımdır ki, indi biz Niderlandın özünü tanıyıb, onun hansısa bir şəhərini və ya bir ərazisini tanımasaq, deməzlər ki, bu nə məntiqsizlikdir?”

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə Niderlandın Ermənistandakı səfiri ölkəsinin Azərbaycandakı səfirinin Şuşaya səfərini şərh edərkən "bu heç bir şəkildə Şuşa və ya Qarabağa gerçəkləşdirilən ziyarətin ölkəsinin mövcud durumu legitimləşdirməsi və ya tanıması mənasını daşımadığını" söyləyib:
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafa bəzi məmurları TƏNQİD ETDİ - “Təyin olunan kimi...” 


“Adamın beynəlxalq hüquqdan başı çıxmadığını söyləmək yanlış olar, orada ermənilərin xoşuna gəlmək üçün mənasız bir cümlə işlədib. Biz artıq Şuşanı da, Qarabağı da Azərbaycan ərazisi kimi işğaldan azad edərək legitimləşdirmişik.

Əgər Niderland səfiri Azərbaycan ərazisinin bir hissəsini tanımaq fikrində deyilsə, görüşünü açıqca bəyan etsin, o halda dərhal ölkədən qovulmalıdır. Türkiyə prezidenti Ərdoğan bunun yaxşı presedentini ortaya qoymuşdu", - deyə milət vəkili bildirib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO