Prezidentin Şuşada başlayıb, İstanbulda bitən həftəsi - VİDEO

Prezidentin Şuşada başlayıb, İstanbulda bitən həftəsi - VİDEO

Hazırda oxunan: Prezidentin Şuşada başlayıb, İstanbulda bitən həftəsi - VİDEO

46116

Azərbaycan Prezidenti İlham Əliyevin son 1 həftədəki fəaliyyətini əks etdirən video yayımlanıb.

Bizim.Media xəbər verir ki, 8 dəqiqəlik materialda dövlət başçısının 8-15 noyabr tarixlərindəki səfərləri, iştirak etdiyi tədbirlər cəmləşdirilib.

8 Noyabr – Zəfər günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkiblər.

Həmin gün Silahlı Qüvvələrin Ali Baş Komandanı Şuşada hərbçilər qarşısında çıxış edib.

İlham Əliyev eyni gündə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Noyabrın 9-da Prezident Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini, noyabrın 10-da isə Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib.

Noyabrın 11-də BP qrupunun baş icraçı direktorunu qəbul edən İlham Əliyev həmin gün Türkiyə Respublikasına rəsmi səfərə gedib.

Noyabrın 12-sində Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb. Ölkə başçısı həmin gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimində iştirak edib.
 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının noyabrın 12-sində baş tutan VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edib.


“Prezidentin həftəsi” adlı videomaterial İlham Əliyevin Zirvə görüşündəki çıxışından bir hissə ilə yekunlaşıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO