“Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa və sülh sazişi imzalamağa hazırdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
“Azərbaycan Ermənistanla iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalamağa hazırdır. Azərbaycan da sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlərin başlanmasını dəstəkləyir”, - deyən Əsədov qeyd edib ki, Rusiya Federasiyasının və Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin sülhməramlı səyləri, şübhəsiz ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Baş nazir əlavə edib ki, Azərbaycan regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının tərəfdarıdır:
“Bundan təkcə Azərbaycan və Ermənistan deyil, regionun digər ölkələri də faydalanacaq. Bütövlükdə MDB məkanında iqtisadi əlaqələrin gələcək inkişafı istiqamətinə də müsbət təsir göstərəcək”.
O, qeyd edib ki, Azərbaycanın Ermənistanla münaqişəsi keçmişdə qalıb:
“Azərbaycan heç vaxt digər ölkənin ərazisinə iddialı olmayıb, lakin öz torpağının bir qarışını da heç kimə verməz”, - deyə baş nazir bildirib.
Ə.Əsədov məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasını ölkə qarşısında duran mühüm vəzifələrdən biri adlandırıb:
“2021-ci ildə Qarabağda bərpa işlərinə 1,3 milyard dollar dövlət vəsaiti xərclənib, 2022-ci ildə dövlət büdcəsində də bu məqsədlər üçün bu qədər vəsaitin xərclənməsi nəzərdə tutulub”.
İşğaldan azad edilmiş ərazilərin bərpasına mane olan əsas problemlərdən biri də hökumət başçısının qeyd etdiyi kimi, minalanmış sahələrdir:
“Bu gün 20 min hektar ərazi minalardan təmizlənib. Ermənistanın Azərbaycana verdiyi üç rayon üzrə mina xəritələrinin dəqiqliyi 25%-dən azdır. İndiyədək minalanmış ərazilərdə 167 Azərbaycan vətəndaşı partladılıb, onlardan 30-dan çoxu həlak olub”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:17 / 12.11.2021
Baş nazir: “Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır”
Hazırda oxunan: Baş nazir: “Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır”
Hazırda oxunan: Baş nazir: “Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır”
45722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.